azadses.az » Siyasət » İrpen meri: “Azərbaycandan böyük dəstək görürük”

İrpen meri: “Azərbaycandan böyük dəstək görürük”

Ukraynanın İrpen şəhərinin meri Aleksandr Markuşin “Report”a müsahibəsində şəhərin bərpasından və bu işdə Azərbaycanın göstərdiyi yardımdan danışıb.

- Azərbaycan və Ukrayna arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycandan böyük dəstək görürük. Ölkələr arasında çox yaxşı dostluq münasibətləri formalaşıb. Amma mən İrpen şəhərini xüsusi qeyd etmək istəyirəm, çünki Londonda keçirilən forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ukraynanın yenidən qurulmasında iştirak edəcək və bunu məhz bizim şəhərdən həyata keçirməyə başlayacaq.

Bundan əlavə, şəhərimizin Azərbaycanla əlaqələri keçmişə gedib çıxır. İrpendə böyük Azərbaycan diasporu var. Şəhərimizdə akademik Zərifə Əliyevanın adına park, abidə, ən böyük məktəb, muzey var. Mərkəzi küçəmiz də Zərifə xanımın adını daşıyır.

İrpendə çox fəal Azərbaycan diasporu var, onlar tez-tez şəhər meriyasının tədbirlərinə qoşulurlar. Gələn ilin aprel ayında şəhərimizdə Azərbaycan Mədəniyyəti Gününü keçirməyə hazırlaşırıq.

Azərbaycanın Ukraynadakı səfiri ilə çox mehriban və isti münasibətlərimiz var, bir çox tədbirləri birlikdə keçiririk. Ukraynaya gələn rəsmi nümayəndə heyətlərinin demək olar hamısı İrpenə də baş çəkir.

- Azərbaycan şəhərin bərpasına fəal kömək edir. Bu yardım haqqında bizə ətraflı məlumat verərdiniz…

- İrpen paytaxt Kiyevdən əvvəl qalan sonuncu şəhərdir. Ukrayna Silahlı Qüvvələrinin ilk qələbəsi məhz elə İrpendə olub. Ancaq təəssüf ki, İrpen həm də ən çox zərər görən şəhər olub: şəhər infrastrukturunun 70%-inə ziyan vurulub və məhv edilib.

Həmin vaxt Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdim və uzun illər dostluğumuzu əməllərimizlə sübut etdiyimi söylədim və xahiş etdim ki, Azərbaycanda, bütün dünyada olduğu kimi, İrpendə də uşaqların sentyabrda məktəbə gedə bilməsi üçün məktəbi təmir etdirinsinlər.

Məktəb binasına ciddi ziyan dəymişdi və mənə elə gəlirdi ki, onu qısa zamanda təmir etmək sadəcə mümkün deyil. Ancaq SOCAR və Azərbaycan səfirliyi məktəbdə əsaslı təmir işləri aparıb üç ay yarımda işi bitirdilər, uşaqlarımız sentyabrda məktəbə getdilər.

Yardım bununla bitmədi. Bləkaut zamanı SOCAR məktəb üçün böyük həcmli dizel generatoru bağışladı, daha sonra məktəbin istilik xətti ilə təchiz olunması üzrə işlər gördü. Həmçinin SOCAR bizim ən böyük poliklinikamızın təmirini təsdiqlədi, bunun üçün artıq pul da ayrılıb.

Bundan əlavə, üç layihəni təsdiq üçün prezidentə təqdim etmişik. Birinci layihə tamamilə dağıldılmış mədəniyyət evidir. Bu, bizim üçün çox vacibdir, çünki uşaqlarımız orada nəinki çıxış edir, həm də təhsil alırdılar: 50-dən çox dərnək qrupu var idi, burada 15 min uşaq məşq edirdi. Bizim başqa belə məkanımız yoxdur.

Biz həmçinin təklif etdik ki, Azərbaycan bu layihəni öhdəsinə götürərsə, bu binanın ayrıca “qanadı” Azərbaycan mədəniyyətinə həsr olunsun.

Baxılan ikinci layihə tamamilə dağıldılmış binalardan biri olan doqquzmərtəbəli yaşayış binasıdır.

Üçüncü layihə isə rəsm və musiqi məktəbidir. Azərbaycana imkan yaratdıq ki, bu məkanın dizaynını özü etsin. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov İrpenə gəldilər. Gedib onlara da bu obyektləri göstərdik.

Ümumilikdə uşaq bağçalarımıza, məktəblərimizə, xəstəxanalarımıza ziyan dəyib. Orada heç bir hərbi obyekt yox idi, ancaq şəhəri sadəcə yerlə-yeksan etdilər. Biz onu müdafiə etdik. Mən o zaman ərazi müdafiə komandiri idim və şəhərim üçün döyüşürdüm. Biz qalib gəldik, lakin şəhərin bir çox infrastrukturu məhv edildi.

- Gələcəkdə iki ölkə arasındakı əməkdaşlığı necə görürsünüz?

- Azərbaycanla ortaq cəhətlərimiz çoxdur. Necə döyüşüb öz torpaqlarını azad etdisə, Ukrayna da indi öz ərazisi uğrunda müharibə aparır. Ukrayna heç kimə hücum etməyib. Biz öz ərazilərimiz, prezidentimiz üçün döyüşürük və bunu artıq bütün dünya da təsdiqləyib. Eyni şey Azərbaycanda da olub.

Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşırıq, çünki bu, hər bir ölkə üçün ən vacib məsələdir. Təbii ki, Azərbaycanı dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Ölkələrimizin çoxlu ortaq cəhətləri var: sizin də başınız bəlada idi, sülhü bərqərar etdiniz və indi də biz bunun üçün döyüşürük.

Biz özümüzə aid olan şey üçün vuruşuruq, Rusiya ərazisində döyüşmürük ki? Azərbaycan kimi biz də öz ərazilərimizi azad etməliyik. Biz insanların sülh içində yaşamasına şərait yaratmaq istəyirik. Amma bir qarış ərazimizi belə Rusiyaya verməyəcəyik. Necə ki Azərbaycan buna imkan vermədi.

Bilirsiniz, Ukrayna xalqının ruhu indi ən yüksək səviyyədədir, biz qələbə naminə maksimum dərəcədə birləşmişik.

Düşmənə daha çox irəliləməyə imkan vermədik. Anlamaq lazımdır ki, İrpen olmasaydı, artıq paytaxt da olmayacaqdı. Bu, xalqımızın, sakinlərimizin böyük cəsarətidir.

Onların sayı 10 dəfə çox idi, amma biz həmrəy idik, şəhərimizin hər qarış yeri üçün vuruşurduq. Mübarizə bir aydan çox davam etdi, lakin biz dayana bildik, ağır bədəllər ödəsək də...

Bu, birinci addım idi, ikincisi isə şəhərin tamamilə yenidən qurulması oldu.

Ukraynanın ruhunu sındırmaq olmaz. Azərbaycan xalqı Qarabağ müharibəsində vuruşduğu kimi biz də sona qədər mübarizə aparacağıq. Azərbaycan kimi biz də qalib gələcəyik, torpaqlarımızı qaytaracağıq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?