Borrell: “Ukrayna artıq Avropanın bir hissəsidir”
- 20-02-2023, 10:33
- Siyasət
Ukrayna artıq Avropanın bir hissəsinə çevrilib.
Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell jurnalistlərə bildirib.
Onun sözlərinə görə, indi “bu qərarı rəsmiləşdirmək” lazımdır.
Xatırladaq ki, keçən il fevralın 29-da Ukrayna dövlət başçısı Volodimir Zelenski Birliyə üzvlük üçün ərizə imzalayıb. İyunun 23-də Brüsseldə keçirilən sammitdə bu sənəd təsdiqlənsə də, Kiyev qarşısında korrupsiyaya qarşı islahatlar da daxil olmaqla, bir sıra tələblər irəli sürülüb.