azadses.az » Siyasət » Yardım edilməyən Xoy sakinləri, humanistliyini itirən Tehran - ŞƏRH + FOTO

Yardım edilməyən Xoy sakinləri, humanistliyini itirən Tehran - ŞƏRH + FOTO

Yardım edilməyən Xoy sakinləri, humanistliyini itirən Tehran - ŞƏRH + FOTO
Güney Azərbaycanın problemlərinə Tehran rejiminin laqeydliyi davam edir. Bu, özünü təbii fəlakətlər zamanı da göstərir. Yanvarın 28-də Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin və yaralananların olduğuna dair məlumatlar yayılıb. Habelə bölgənin 70-dən artıq kəndində evlərə ziyan dəyib. Rəsmi açıqlamaya əsasən, şəhər və kəndlərdəki 3 500 yaşayış yerinə ziyan dəyib.

Yeri gəlmişkən, Xoy bölgəsi mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin 14 rayonundan biridir. Xoyun mərkəzi eyniadlı şəhərdir. Xoy rayonu Türkiyənin Van əyaləti ilə həmsərhəddir. 2016-cı ilin məlumatına əsasən, əhalisinin sayı 348 664 nəfərdir. Bu baxımdan, bölgənin az qala yarım milyonluq əhalisinin düşdüyü ağır vəziyyətə Tehran hakimiyyətinin laqeydliyi davam edir. Beş gündür, təbii fəlakətdən zərər çəkənlər özlərinin düzəltdikləri çadırlarda və sığınacaq yerlərində gecələyirlər. İran Qızıl Aypara Cəmiyyətinin verdiyi çadırlar yetərli deyil. Türkiyənin Qızıl Aypara Cəmiyyətinin yardım təklifindən isə Tehran rejimi imtina edib.



Yeri gəlmişkən, təbii fəlakətdən ziyan görənlər “Üşüyürük, istilik, paltar, yemək verin!” deyə müraciət edirlər. Ötən gün zərərçəkənlər hakimiyyətin laqeydliyinə etiraz olaraq aksiya keçiriblər. Çoxsaylı etirazlardan sonra dünən bölgəyə İnqilab Keşikçiləri Qvardiyasının nümayəndələri səfər ediblər. Onların daha çox aksiya ilə bağlı əraziyə gəldikləri də istisna olunmur.

Nəticə etibarilə, İran rejiminin laqeydliyi və bölgənin zərərçəkən sakinlərinə sayğısızlığını görən Güney Azərbaycanın Təbriz və başqa bölgə sakinləri Xoy əhalisinə yardım ediblər. Hakimiyyətin Xoydakı zəlzələdən zərər çəkənlərə belə etinasız münasibəti rejimin bölgəni boşaltmaq istəyi qənaətinə gəlməyə əsas verir. Bu, İran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətinin çoxsaylı göstəricilərindəndir. Qeyd edək ki, rejim Ərdəbildə, Qəzvində, Qaradağda zəlzələlər olanda da belə laqeydlik göstərib. Ona görə də hadisələrə əsasən demək olar ki, rejim ən adi humanistliyini də itirir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib