azadses.az » Siyasət » Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı konsepsiya sənədi təqdim olunub - FOTO

Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı konsepsiya sənədi təqdim olunub - FOTO

Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı konsepsiya sənədi təqdim olunub - FOTO
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi” layihəsi çərçivəsində yanvarın 24-də aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, millət vəkilləri və ekspertlərin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Tədbirin açılışında çıxış edən “Regional İnkişaf“ İctimai Birliyinin layihə rəhbəri Əfqan Əliyev layihə çərçivəsində Bakıda və regionlarda məcburi köçkün icmalarının təlimləndirilməsi, ekspertlər tərəfindən fokus qrupları ilə aparılan sorğu və müsahibələrin nəticələri, eləcə də müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında dayanıqlı və davamlı icmanın təşviqinə dair konsepsiya sənədinin hazırlandığını, sənədin Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə verəcəyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında bildirib ki, məcburi köçkünlərin problemlərinin uzunmüddətli və dayanıqlı həlli onların doğma torpaqlarına beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı ilə bağlı idi:

“Vətən müharibəsi nəticəsində qazanılmış tarixi Zəfər nəticəsində soydaşlarımızın “Böyük Qayıdışı”na imkan yarandı. Məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan belə bir konseptual sənədin hazırlanması zəruridir”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambresso çıxışında bu sənədin daxili köçürmə üzrə rəhbər prinsiplərə əməl olunmaqla Qarabağda dayanıqlı və davamlı icmanın qurulmasının ən yaxşı həll yollarının tapılmasında faydalı olacağına ümid etdiyini və Ali Komissarlığın bu sahədə fəaliyyət göstərən qurumların potensialının gücləndirilməsini dəstəkləməyə hər zaman hazır olduğunu qeyd edib.

Daha sonra ekspertlər Anar Vəliyev və Lalə Cumayeva tərəfindən hazırlanan “Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icma quruculuğu konsepsiya sənədi”nin təqdimatı keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin davamında Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ombudsman Aparatı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssislərinin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin müzakirəsi aparılıb. Səsləndirilən təkliflər əsasında konsepsiya sənədinin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim olunması qərara alınıb.






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib