azadses.az » Siyasət » “Karantinin uzanması bizə sərf edir” - Gültəkin Hacıbəyli

“Karantinin uzanması bizə sərf edir” - Gültəkin Hacıbəyli

AXCP və "Milli Şura"nın daha bir qalmaqallı videosu yayılıb.
"Qafqazinfo" xəbər verir ki, video görüntülərdə Gültəkin Hacıbəyli xalqın sosial vəziyyətinin pisləşməsinin onların xeyrinə olduğunu deyib:
"Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, bunların yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması birmənalı olaraq bizim xeyrimizədi".

Gültəkin Hacıbəyli: Karantinin uzanması və xalqın güzaranın pisləşməsi bizə sərf edir. Biz buna sevinməliyik.

AXCP və Milli Şuranın qeybətxanasından şousu davam edir - Xalq, millət düşmənləri silsiləsindən növbəti seriya. Öz xalqına, millətinə, vətəndaşına, dövlətinə bundan da artıq düşmən kəsilmək olarmı? Hamımıza məlumdur ki, koronovirus bəlası ümumilikdə dünyaya da, ölkəmizə də, xalqımıza da ziyan vurdu. Hər bir vətəndaş bu bəladan əziyyət çəkir, ondan xilas olmaq üçün tətbiq edilən karantin rejimi çətinlik yaradır, bundan vətəndaş olaraq da, xalq olaraq da, dövlət olaraq da əziyyət çəkirik, hamımız ziyana düşürük. Maddi olaraq da hər birimiz itiririk. Lakin buna sevinən xainlər də var - təəssüf ki, öz içimizdə! Öz xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!! Gültəkin Hacıbəyli : Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışğı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədi. Rahim Hacıyev : Heç kim bizi dəstəkləmir, kimin nə dostu tanışı samballı müxalifətçilər varsa , onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar. Qənimət Zahid : Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı )) Adamlar, özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlər. Nə gündəsiz?!!!!

Posted by MOZALAN on Tuesday, August 4, 2020
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib