Çavuşoğlu yaxın vaxtlarda Lavrovla danışıqlar aparmağı planlaşdırır
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla yaxın gələcəkdə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.
“Dünən Moskvada Türkiyə və Suriya müdafiə nazirlərinin görüşü baş tutub. Yaxın gələcəkdə Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırıram”, - deyə Türkiyənin xarici işlər naziri jurnalistlərə bildirib.
Dekabrın 28-də Moskvada son 11 ildə ilk dəfə Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri bir araya gəliblər. Görüş Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə üçtərəfli formatda keçirilib. Nəticədə bu formatda əlaqələrin davam etdirilməsi qərara alınıb.