azadses.az » Siyasət » Soçidə gözlənilən GÖRÜŞ: Moskvaya xatırladılacaq bəndlər - TƏHLİL

Soçidə gözlənilən GÖRÜŞ: Moskvaya xatırladılacaq bəndlər - TƏHLİL

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulur.

Görüşdən öncə Paşinyan səviyyəsində zilə qalxan səslər İrəvanın Rusiyadan mədət ummaq çağırışlarının davamıdır.

Məsələn, Nikol Paşinyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin qalma müddətinin uzadılmasına dair verdiyi təklif Soçi danışıqlarından xalla ayrılmağa hesablanmışdı.

Paşinyanın ya diplomatik naşılıqdan, ya da biclikdən sülhməramlıların Qarabağdakı “istismar müddəti”nin 10, 15 ilə qədər uzadılmasını təklif etməsi mövcud reallıqlar və gedişatlar kontekstində həyasız bir yanaşmanın ortaya qoyulmasıdır.

Amma müddətin artırılması üçün şərtlər havadan zühur etmir və onları Paşinyan təyin etmir, bununla belə, hüquqi cəhətdən ədəb-ərkan qaydaları var.

10 Noyabr Bəyanatının 4-cü maddəsinə nəzər yetirmək lazımdır ki, Paşinyanın dəridən-qabıqdan çıxmasının məzmunsuz perspektiv olduğunu görək.

Bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Sülhməramlı kontingentin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Yəni birinci olaraq fokuslanmalıyıq ki, Bəyanatın qəbulunun ikinci ili tamam olacaq, hələ sülhməramlıların mandatına dair yenilənməyə ehtiyac duyulacaq müddət yetişməyib.

İkincisi, sülhməramlı kontingentin xidmət vaxtının uzadılıb-uzadılmayacağı 10 Noyabr Bəyanatının 5 ilinin tamamına 6 ay qalmış şəraitin təhlilindən sonra veriləcək qərarlardan asılıdır.

Üçüncüsü, Azərbaycan Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri layiqincə yerinə yetirir.

Ona görə də 4-cü bənd və onun açılışından yola çıxaraq Ermənistanın üzərində bir yük var və bu yükü Moskva da bölüşür.

Yaxşı olardı ki, istər Rusiya, istərsə də Ermənistan sülhməramlıların xidmət zonasındakı ərazilərdə qalan qanunsuz erməni silahlılarının çıxarılmasını təmin etsinlər, əks halda bu hüququn həyata keçirilməsi Azərbaycanın güc tətbiqi hesabına baş verəcək.

Azərbaycanın Ermənistanla sərhəddə əldə etdiyi bir sıra nailiyyətlər İrəvanı danışıqlar stolunda zəiflədib çürüdən arqumentlərə çevrilir və etiraf etmək lazımdır ki, Bakıya sərhəddəki əməliyyatlara görə Moskvadan da dəstək gəlib.

Ona görə də Soçi görüşündə sərhədlərə dair Rusiya Azərbaycanın mövqeyini bölüşəcək, lakin son günlər hadisələrin episentrinin yerini sərhəddən sülhməramlıların müvəqqəti yerləşdikləri əraziyə dəyişməsi Bakı-Moskva xəttində fikir ayrılıqlarının olduğunu göstərə bilər.

Rusiya Qarabağdakı rıçaqların rəqibi olan ABŞ-nin əlinə keçməməsinə çalışır, Vaşinqton isə erməni kartını özünün qlobal maraqlarını təmin edən insan hüquqları prinsiplərinə söykətməyə cəhd edir.

Nəhayətdə, Rusiya ABŞ ilə olan rəqabətinin yaratdığı mənzərədən dolayı 10 Noyabr Bəyanatının şərtini təhrif edən bir xəttə gedir, burada Azərbaycan özünün prinsipial mövqeyindən və qətiyyətindən əl çəkməyəcək.

İlham Əliyev bu nöqtədə 2022-ci ilin fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə istinad edə bilər.

Həmin sənədin 11-ci maddəsini xatırladaq:

“Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

18-ci maddə də həmin tezisin davamı kimidir və orada bildirilir:

“Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Yəni Azərbaycan öz ərazisindəki separatizm və ya onun ekvivalentində ola biləcək bir hərəkatın alovlanmasında Rusiyanın da məsuliyyətini xatırladacaq və Bakı-Moskva trafiki səylərini həmin neqativ tendensiyaya qarşı birləşdirmək çağırışı ilə məhz indi üz-üzədir.

Nəticə olaraq, Soçi görüşündən həlledici bir nəticə gözlənilməsə də, regionda nəqliyyat-kommunikasiya marşrutlarının açılması ana mövzulardan birini təşkil edəcək. Burada Putinin Əliyevə verəcəyi dəstək yenə özünü göstərəcək. Əliyev isə açılması gözlənilən Zəngəzur dəhlizi kontekstində Azərbaycan-Rusiya münasibətlərinin xarakterini və əməkdaşlığının dərinliyini önə çəkərək, Qarabağ mövzusunda Moskva ilə yaşanan fikir ayrılıqlarına son qoyan formulları təqdim edəcək.

Ümumilikdə Soçi görüşü ilə Avropa İttifaqının moderatorluğu ilə keçirilən Əliyev-Paşinyan görüşü arasında daban-dabana ziddiyyət təşkil edən məqamlar axtarmağa dəyməz.

Sadəcə, Rusiya regiondakı saat əqrəblərini özünün maraqlarına tutuşdurmaq niyyətini bir daha nümayiş etdirdiyindən bəzi mübahisə yaradan məqamlar üzə çıxır.

Digər tərəfdən, Rusiya Cənubi Qafqazda Türkiyə ilə əməkdaşlıq quraraq regional platformanın inşa edilməsinə çalışır, Ankara isə Bakı ilə strateji müttəfiq olduğundan Moskva həmin modeli İrəvanın ayağına verməz.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?