azadses.az » Siyasət » Ərdoğanın Şərqi Zəngəzura səfəri İrana və Ermənistana böyük bir mesajdır - RƏY + FOTO

Ərdoğanın Şərqi Zəngəzura səfəri İrana və Ermənistana böyük bir mesajdır - RƏY + FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Zəngəzura səfəri İrana və Ermənistana böyük bir mesajdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.



Onun sözlərinə görə, qardaş ölkənin liderinin iş qrafikinin sıx olmasına baxmayaraq Zəngilan Beynəlxalq Hava Limanının da açılışında iştirak etməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə Prezidentinin səfərini çox uğurlu bir səfər hesab edən deputat vurğulayıb ki, bütün bunlar həm Türkiyə dövlətinin, həm də Türkiyə xalqının birmənalı şəkildə Azərbaycanın yanında olduğunu göstərir.



V.Əhmədov açıqlamasında həmçinin İranın 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Ermənistana silah-sursat, canlı qüvvə və digər bir sıra sahələrdə köməklik göstərməsindən bəhs edib. O, bu yaxınlarda İranın Cəbrayılla sərhəddə yerləşən Araz çayı üzərindəki Xudafərin körpüsünün yaxınlığında hərbi təlimlərə başladığını xatırladıb:

“30 il ərzində keçirilməyən təlimlərin indi keçirilməsinə səbəb nədir?! Hətta iddialar da var ki, 12-13 sentyabrda ermənilər tərəfindən törədilən təxribatlarda da İranın əli var və Ermənistana müəyyən yardımlar edib. Bu baxımdan görüş zamanı verilən mesajlar, Şuşa bəyannaməsinin xatırladılması aydın mesaj idi. Hansı ki, iki qardaş ölkə bir-birlərinin təhlükəsizliklərinə bu bəyannamə ilə qarant olublar. Türkiyənin Azərbaycanın yanında olması, xüsusilə cənab Ərdoğanın cənab Əliyevlə çox isti münasibəti bir sıra dövlətlərdə narahatlıq yaradır. Bu dövlətlər Türkiyə ilə Azərbaycannın güclənməsini özləri üçün problem hesab edirlər”.



“Sözügedən səfər o cümlədən Ermənistana ağlını başına toplaması üçün böyük bir mesajdır ki, sülh sazişini imzalasın və Azərbaycanın ərazi bütövlüyünü tanısın. Türkiyə dövlət başçısının prezident İlham Əliyev birgə Qarabağa tez-tez səfərlərinin təşkil olunması isə özlüyündə qardaş ölkənin dəstəyinin önəmli bir nümunəsi kimi qəbul edilə bilər”, - deputat V.Əhmədov əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu