azadses.az » Siyasət » Şevçenko: “Ermənistan və Azərbaycan sərhədində baş verənlər Filip Rikerin İrəvana səfərinin nəticəsidir”

Şevçenko: “Ermənistan və Azərbaycan sərhədində baş verənlər Filip Rikerin İrəvana səfərinin nəticəsidir”

“Ermənistan və Azərbaycan sərhədində baş verən insident ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Filip Rikerin İrəvana səfərinin birbaşa nəticəsidir”.

Oxu.Az-ın məlumatına görə, bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko özünün “Telegram” kanalında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələdə həmrəy olan amerikalılar və fransızlar dünyanın əsas strateji regionunda - Cənubi Qafqazda - vəziyyətə nəzarəti itirdikləri üçün son dərəcə narahatdırlar.

“Onlar regionda sabitliyi pozmaq üçün ABŞ və Fransanın erməni diasporu vasitəsilə fəaliyyət göstərirlər. Milyarder Vardanyanın ABŞ və Fransanın müdaxiləsi zərurəti ilə bağlı bütün hədyanları (o, əslində, Aİ ilə danışıb, amma bu məsələdə onlar eynidir) real eskalasiya üçün müqəddimə idi”, - deyə politoloq əlavə edib.

Şevçenko Fransanın vəzifəsinin sərhədlərin bütün perimetri boyunca Türkiyə üçün problem yaratmaq olduğunu vurğulayıb.

“Türkiyə artıq Suriya və İraqda döyüşür, Fransanın birbaşa dəstəklədiyi Yunanıstanla müharibənin bir addımlığındadır. ABŞ Rusiya-Türkiyə ittifaqının arasını vurur. Ermənistan KTMT-yə çağırış edir və Rusiyanı münaqişəyə cəlb etməyə çalışır”, - bildirən ekspert Ermənistanla Azərbaycan arasındakı münaqişənin Türkiyəni də Ankaranın arxa planda hesab etdiyi bölgəyə cəlb etmək məcburiyyətində qoyduğunu deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə isə münaqişə istəmirlər, onların birliyi hər iki ölkəyə aşkar fayda gətirir.

M.Şevçenko həmçinin vurğulayıb ki, ABŞ və Fransanın erməni diasporu növbəti dəfə Qərbin maraqlarına uyğun olaraq Ermənistan dövlətinin xalqı haqqında spekulyasiyalar aparmağa, Ermənistan ermənilərini (Fransa və ya Amerika deyil) təhlükə altına qoymağa, onları girov və qurbanlara çevirməyə çalışır.

“Bu diasporun Rusiyadakı agentləri işi elə təqdim etməyə çalışırlar ki (tok-şoular və KİV vasitəsilə), guya Rusiya “Qarabağ klanı”ndan olan tərəfdaşlarının maraqları naminə Paşinyanı “devirir”. Bunun yalan olduğuna əminəm”, - deyə o bildirib.

Politoloq bunun heç də Rusiyanın maraqlarına uyğun olmadığını, Putin və Paşinyanın hər şeyi birbaşa razılaşdıra biləcəklərini qeyd edib.

“Qlobal Ermənistan diasporunun məqsədi Rusiya və Türkiyəni münaqişəyə cəlb etmək, həmçinin ABŞ və Fransanın Cənubi Qafqaz siyasətində iştirakını aktuallaşdırmaq üçün presedent yaratmaqdır”, - deyə Şevçenko sözlərini yekunlaşdırıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar