Zelenski Blinkenlə görüşdü
![](/uploads/posts/2022-09/medium/1662664771_756617930750648.jpg)
O, Rusiya təcavüzünə qarşı mübarizədə ABŞ-ın dəstəyini bir daha təsdiqləmək və yeni hərbi yardımı elan etmək üçün müharibə başlayandan bəri ikinci dəfə Ukraynaya gəlib.
Zelenski ilə görüşdə Blinken Ukrayna prezidentinə ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının son tranşı barədə məlumat verib.
Dövlət başçısı vurğulayıb ki, bu yardımlar Rusiya təcavüzünə qarşı mübarizə üçün zəruridir.
Qeyd edək ki, ABŞ dövlət katibi Kiyevə planlaşdırılmadan səfər edib.