azadses.az » Siyasət » Səfirliyimizə hücumla bağlı cinayət işi başlanıldı

Səfirliyimizə hücumla bağlı cinayət işi başlanıldı

Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.

Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib