NATO-nun baş katibi kəmərvari dəmrov oldu: Səfərlərini ləğv etdi
NATO-nun Baş katibi Yens Stoltenberq kəmərvari dəmrov olduğu üçün Berlin və Buxarestə planlaşdırılan səfərlərini ləğv edib və planlaşdırılmış danışıqları məsafədən aparmaq qərarı verib.
“Baş katib Almaniyaya (və Rumıniyaya) planlaşdırılan səfərini şəxsən yox, məsafədən həyata keçirəcək. Ona COVID-19-dan sonra yarana bilən kəmərvari dəmrov diaqnozu qoyulub və bu səbəbdən evdən işləyəcək”, - deyə NATO rəsmisi bildirib.
Baş katibin mayın ortalarında COVID-19 testi müsbət nəticələnmişdi.
Berlinə planlaşdırılan səfəri zamanı Yens Stoltenberqin cümə axşamı Almaniya Kansleri Olaf Şoltsla görüşü planlaşdırılmışdı. Cümə günü isə NATO Baş katibi Rumıniya, Polşa və Macarıstan liderləri ilə görüşün təyin olduğu Buxarestə səfər etməyi nəzərdə tuturdu.