azadses.az » Siyasət » Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib – FOTO

Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib – FOTO

Roma şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycanla İtaliya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və Azərbaycan icmasının iştirakı ilə baş tutan tədbirə İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati, Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, bərabər imkanlar və ailə məsələləri üzrə nazir Elena Bonetti, senator və deputatlar, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Deputatlar Palatasının sədr müavini Ettore Rosato çıxış ediblər. Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, 104 il öncə 1918-ci ilin 28 May tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı, 1991-ci ilin payızında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyi və ölkəmizi regionun lider dövlətinə çevirdiyi, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığı qonaqların nəzərinə çatdırılıb.

Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi, son illərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edilib. Prezident İlham Əliyevin Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edən Ettore Rosato 2020-ci ilin dekabrında müharibədən dərhal sonra Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratlarını bölüşüb. “Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, - Deputatlar Palatasının sədr müavini bildirib.

Tədbir ailə həyatı qurmuş azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib. Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi əsərlərin, “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıların ifa edilməsi auditoriyanın alqışları ilə qarşılanıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Azərbaycanda zəlzələ olub
  4. Bakıda kitabxana yanıb
  5. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  6. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  7. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  8. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  9. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  10. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib