azadses.az » Siyasət » Dünya Azərbaycanlılarının V Qurultayı işini panel iclasları ilə davam etdirib

Dünya Azərbaycanlılarının V Qurultayı işini panel iclasları ilə davam etdirib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı aprelin 22-də işini “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzularında panel iclasları ilə davam etdirib.

“Report” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, tədqiqatçı-jurnalist Sevil Nuriyeva çıxış ediblər.

Qeyd edilib ki, Qurultayın məqsədi postmünaqişə reallıqlarında Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə Azərbaycan diasporunun qarşısında duran vəzifələr də dəyişib. Əgər İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor təşkilatlarımızın torpaqlarımızın işğalı, Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə qarşıya çıxan problemlərin, şəhərlərimizin işğal dövründə yerlə-yeksan edilməsinin, Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz qalmasını beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan diasporunun qarşısında böyük vəzifələr dayanır. Diaspor nümayəndələri azərbaycançılıq məfkurəsi əsasında daha sıx birləşməlidir, sosial şəbəkələrdə fəallığı artırmalı, dünya ictimaiyyətinin diqqətini Qarabağdakı real vəziyyətə, mina probleminə və Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın Azərbaycanın taleyinə yönəltməlidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün regionda sülh gündəliyini təqdim edib. Bundan sonrakı çağırışlar yeni üslubda təqdim edilməlidir. Əsas məsələlər Vətən, onun taleyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, ana dilinin, tarixin, mədəniyyətin yaşadılması və inkişaf etdirilməsi ilə bağlı olmalıdır.

Qurultay çərçivəsində keçirilən ikinci panel iclası isə “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda olub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Yaşat“ Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü Məsud Aşina, Dünya Bankı və Fondunun Azərbaycanlı Əməkdaşlar Assosiasiyasının təsisçisi Bəxtiyar Kərimov, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Niyazi Niyazov və Amerikanın orta qərb ştatları üzrə Azərbaycan mərkəzi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Esmira Bayramova çıxışediblər.

Tədbirdə ilk olaraq bildirilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzində olan bu fəaliyyət çox sayda dövlət qurumu, yerli və xarici şirkətlərin koordinasiyalı və sistemli işini tələb edir və bərpa işləri ilə bağlı tematik mövzularda işçi qrupları fəaliyyət göstərir. Məsul qurumların əlaqələndirilmiş fəaliyyəti əsasında Böyük Qayıdış proqramı Azərbaycanın müqəddəs torpaqlarında bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, onun əsl sahibləri üçün layiqli həyatın təmin olunmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərin bərpasında genişmiqyaslı quruculuq konsepsiyasına start verib. Buraya bir tərəfdən maddi-mədəni irsin qeydiyyatı və bərpası, infrastruktur layihələrinin gerçəkləşdirilməsi, digər tərəfdən isə minaların təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsidir. Mina problemi quruculuq işləri qarşısında ciddi maneə yaradır. Erməni işğalı nəticəsində ərazilərin minalarla çirkləndirilməsi münaqişə başa çatdıqdan sonra iki yüzdən çox soydaşımızın həyatına son qoyub.

Panel iclasında Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən də bəhs edilib, layihələrin dəstəklənməsi üçün dövlət və özəl sektorun yatırımları, eləcə də ianələrin qəbulu barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan diasporunun üzvləri xaricdən sərmayələrin cəlb olunması, bərpa işlərinin dəstəklənməsi missiyasına yardım göstərilməsi işlərində fəal olmalıdırlar.

Bildirilib ki, hazırda Azərbaycan Qarabağda məskunlaşma üzrə mühüm layihələr həyata keçirir, dünya urbanizasiya təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri gerçəkləşdirilir.

Panel iştirakçıları ötən dövrə nəzər salaraq, indiyədək keçirilmiş dörd qurultayda məğlub xalqın təmsilçiləri kimi iştirak etdiklərini, Şuşa Qurultayında isə ilk dəfə müzəffər xalqın təmsilçiləri olaraq bir araya gəldiklərini, Şuşadakı yüksək əhval-ruhiyyənin diaspor təşkilatlarına da sirayət etməli olduğunu diqqətə çatdırıblar. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, törədilmiş cinayətlər və vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmalı, eyni zamanda, postmüharibə dövründə quruculuq işlərinə investisiyaların cəlb olunması üçün iş aparılmalıdır.

Panel iclasları bədii hissə ilə davam edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu