azadses.az » Siyasət » “Borcu ödəyə bilməsə, strateji limanları Çinin nəzarətinə keçəcək”

“Borcu ödəyə bilməsə, strateji limanları Çinin nəzarətinə keçəcək”

“Çinin maliyyə resursları tükənməzdir. Pekin bir çox halda ondan borc və kredit istəyənləri boş geri qaytarmır. İlk baxışdan bu, Çindən borc və kredit istəyən dövlətlər üçün cəlbedici görünür, ancaq həmin ölkələr sonrakı proseslərdə ciddi itkilərlə üzləşirlər. Borc qaytarıla bilmədikdə strateji müəssisələr Çinin nəzarətinə keçir”.

“Azadsəs.az” xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O, 22 milyon əhalisi olan ada dövləti Şri-Lanka üzərindən misal çəkib: “Uzun illər bu ölkədə terror tüğyan edib, minlərlə günahsız insan həlak olub. Şri-Lankada terrorun kökü kəsiləndən sonra yerli hökumət iqtisadi problemlərin həllinə girişib. Hazırda Şri-Lankada vəziyyət yenidən ağırlaşıb. Hökumət istefaya göndərilib. Küçələrdə etiraz edən insanlar Prezidentin də istefasını tələb ediblər. Çünki ölkədə inflyasiya artıb, insanların alıcılıq qabiliyyəti azalıb, evlərə elektrik verilməsində ciddi problemlər yaranıb. Pandemiya Şri-Lankanın keçmişdə gəlirli olan turizm sektorunu da çökdürüb. Belə vəziyyətdə Şri-Lanka qonşu ölkələrdən kredit almaq məcburiyyətində qalıb. Hindistan 1 milyard dollar kredit verib. Ancaq bu kredit Şri-Lankanın xarici borcları ödəməyə kifayət etməyib”.



Eskpertin sözlərinə görə, Şri-Lankanın ən böyük borcu Çinədir: “Borcun miqdarı 8 milyard dollardır. Pekin illər boyu bu ada dövlətinə müxtəlif kreditlər verib. Hazırda ada dövləti Çinə olan borcunu qaytara bilmir. Ölkənin ümumi borcu isə 81 milyard dollara çatıb. Ölkənin valyuta ehtiyatı cəmi 2 milyard dollardır, təkcə bu il kreditlər üzrə 7 milyard dollar borc qaytarılmalıdır. Çin artıq Şri-Lankaya kömək etmək istəmir. Şri-Lanka rəsmilərinin çinli həmkarları ilə görüşləri və xahişləri də nəticə verməyib. Şri-Lankanın Çinə borcu qaytara bilməməsi ada dövlətini Pekindən asılı vəziyyətə salacaq. Pekinin məqsədi də elə budur. Çin “Böyük İpək Yolu” layihəsi vasitəsilə müxtəlif dövlətlərə, o cümlədən Şri-Lankaya borc verib, ada dövlətinin limanlarına kreditlər ayrılıb. Şri-Lanka borcu ödəyə bilməsə, strateji limanlar Çinin nəzarətinə keçəcək”.

Elxan Şahinoğlu vurğulayıb ki, Çin son illərdə bölgənin digər ölkələri - Myanmaya, Malayziyaya və Nepala da kifayət qədər borc verib: “Bu ölkələrdə də iqtisadi vəziyyət qənaətbəxş deyil. Ekspertlər bu ölkələrin də Şri-Lanka kimi borc bataqlığına girərək Pekindən asılı vəziyyətə düşəcəyi qənaətindədirlər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib