azadses.az » Siyasət » Ermənistanın Rusiyaya xəyanəti: KTMT üzvü olan ölkə NATO-ya meyillənir - ŞƏRH

Ermənistanın Rusiyaya xəyanəti: KTMT üzvü olan ölkə NATO-ya meyillənir - ŞƏRH

“İkiüzlülük Ermənistanın klassik üslubudur. Tarix boyu hələ dövlətçiliklərinin mövcud olmadığı zamanlarda belə bir-birinə tamamilə rəqib olan dövlətlərlə əməkdaşlıq edərək, mövcudluqlarını təmin etməyə çalışıblar. Həmin davranışlarının Azərbaycana münasibətdə də şahidi olmuşuq. Azərbaycanın 200 il öncə öz torpaqlarında onlara yer ayırmasına baxmayaraq, zamanla ermənilər bu əraziləri ələ keçirilmək istiqamətində fəaliyyət göstəriblər”.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib

O bildirib ki, bugünkü Ermənistan adlı dövlət tarixi Azərbaycan torpaqlarında mövcuddur:

“Eyni iddialar SSRİ süquta uğradığı ərəfədə Azərbaycana qarşı irəli sürüldü. Bu hadisələr hər kəsin gözü qarşısında baş verib. Ermənistanın ikiüzlü siyasətindən təəccüblənmək lazım deyil. Çünki bu erməni siyasətinə xarakterikdir. İndiki şəraitdə də NATO ilə Rusiya arasında manipulyativ hərəkətlər etmək isə ümumiyyətlə nonsensdir. Çünki Ermənistan faktiki olaraq KTMT-də təmsil olunur. Bu təşkilatın üzvü olan bir dövlətin başqa bir hərbi siyasi bloka meyillənməsi tarix boyu rast gəlinməmiş yanaşmadır. Ermənistanın NATO-ya meyillənməsi həm KTMT-yə, həm də orada dominant rol oynayan Rusiyaya xəyanət kimi dəyərləndirilməlidir”.

Politoloq vurğulayıb ki, Ermənistanın “Su-30” qırıcılarının Ukraynaya göndərməsi çox gülüncdür:

“Mahiyyət etibarı ilə bu da Ermənistanın ikibaşlı oyununu sübuta yetirir. Bir tərəfdən Rusiya ilə hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyir və onun atdığı addımlarda iştirak etdiyini ortaya qoymaq istəyir. Digər tərəfdən isə bunun belə olmadığını sübut etmək üçün NATO qarşısında özünü təmizə çıxarmağa çalışır. Ermənistan qırıcılarının Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi faktdır və həmin təyyarələrin hərəkəti üzrə müvafiq qaydada kosmik görüntülər əldə olunmaqla sübuta yetirilib. Bu faktın təsdiqini tapmasına baxmayaraq, Ermənistan həmin qırıcıları əməliyyatlardan sonra öz ərazisinə gətirib, NATO attaşelərinə göstərir ki, bu qırıcılar hərbi əməliyyatlarda iştirak etməyib. Bir tərəfdən Rusiya tərəfində olduğunu göstərmək istəyir, digər tərəfdən isə NATO qarşısında özünü təmizə çıxarır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu