azadses.az » Siyasət » Hərbi ekspert: “Azərbaycan Ermənistanı üçtərəfli bəyanatın öhdəliklərinin icrasına məcbur edəcək”

Hərbi ekspert: “Azərbaycan Ermənistanı üçtərəfli bəyanatın öhdəliklərinin icrasına məcbur edəcək”

“Fərrux kəndi və ətraf ərazilər Ağdamın təhlükəsizliyi baxımından vacib əhəmiyyətə malikdir”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O xatırladıb ki, Fərrux kəndi uğrunda Birinci Qarabağ müharibəsində çox qanlı döyüşlər gedib:

“Bu kənd Azərbaycan və Ermənistan arasında dəfələrlə bir tərəfdən digərinin nəzarətinə keçib və son nəticədə biz oranı qoruyub-saxlaya bilməmişdik. Fərrux kəndi, əlbəttə ki, Qarabağda mövcud olan və Ağdam, Əsgəran, Xankəndi, Xocalı ərazilərinə nəzarət etməyə imkan verən strateji bir yüksəklikdir. Digər tərəfdən, Ağdərə ilə Qarabağı bağlayan, yəni Kəlbəcər-Ağdərə avtomobil yolunun Fərrux kəndindəki yüksəklik vasitəsilə atəş altında nəzarətə götürülməsi mümkündür”.



Hərbi ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin son günlərdə erməni təxribatına cavab olaraq həyata keçirdiyi mövqe yerdəyişmələri məntiqli bir addımdır:

“Çünki biz artıq ilyarıma yaxındır ki, erməni silahlı dəstə üzvlərinin bu ərazilərdən çıxarılacağını gözləyirik. Nə Rusiya sülhməramlıları öz üzərilərinə düşən vəzifələri sonuna qədər yerinə yetirirlər, nə də Ermənistan tərəfi Azərbaycanın verdiyi beş bənddən ibarət təklifi tam qəbul edir. Əksinə olaraq, bu təkliflərə əlavələrini etməyi də özünə rəva bilir.

Xatırladıram ki, Ermənistan ordusunun fəaliyyəti sıfıra bərabər bir şey oldu. Son günlərdə bir güllə atılmamış belə, Rusiyanı və dünyanı ayağa qaldırmağa çalışdılar. Amma kimsə Ermənistanın əsassız səs-küyünə artıq inanmadı. Onların müttəfiqləri olan Rusiya da, hətta digər ölkələr də ermənilərin 30 il ərzində söylədikləri yalanlardan yorulduqlarını nümayiş etdirdilər”.



“Odur ki, Ermənistanın tərəfi heç bir uzatma prosesinə yol vermədən, ən qısa müddətdə Qarabağdan silahlılarını çıxarmaqdan başqa çarəsi yoxdur. Bunu Prezident İlham Əliyev də son bəyanatında vurğuladı ki, qaçqın və keçmiş məcburi köçkünlərin öz ərazilərinə qayıtmaları üçün əlindən gələni edəcəkdir. Odur ki, bu prosesləri təsadüfi hesab etmək olmaz. Birgə bəyanatın yerinə yetirilməsinə Ermənistan maneə törədərsə, Azərbaycan tərəfi birtərəfli qaydada həmin bəyanatdan irəli gələn öhdəlikləri Ermənistanın boynuna öz əli ilə qoyacaq”, - Ədalət Verdiyev bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib