Saakaşvili yenidən məhkəməyə çıxarılır
- 21-02-2022, 14:18
- Siyasət
Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.
“Azadsəs.az” “Interpressnews”a istinadən xəbər verir ki, proses 7 noyabr hadisələri ilə bağlı gürcü siyasətçiyə qarşı irəli sürülən ittihamlar barəsində olacaq.
Məhkəmə yerli vaxtla 14:00-a təyin olunub və Saakaşvili də prosesdə iştirak edəcək.
Bununla yanaşı, siyasətçinin tərəfdarları məhkəmə binasının önündə aksiya keçirəcəklərini elan ediblər.
Qeyd edək ki, Mixail Saakaşvilini 2007-ci il noyabrın 7-də etiraz aksiyasının kütləvi şəkildə dağıdılmasında, “İmedi” televiziya şirkətinə hücum etməkdə və Badri Patarkaçişviliyə məxsus əmlakın qeyri-qanuni yolla mənimsənilməsində ittiham olunur.