İlham Əliyevdən yeni icra başçılarına: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
- 12-11-2019, 15:32
- Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib.
Azadses xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir.
Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.
Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilmiş Zirvə Görüşü bunu bir daha təsdiqlədi. Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir.
Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.
O ki qaldı, iqtisadi sahəyə, hesab edirəm ki, Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, 15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik.
Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görübdür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq.
Bildirməliyəm ki, texnoloji inkişaf istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan indi kosmik klubun üzvüdür, üç peykimiz var. Deyə bilərəm ki, bu yaxınlarda çox gərgin yarış nəticəsində Azərbaycan 2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək. Məlumat üçün bildirmək istəyirəm ki, bizim rəqiblərimiz Rio-de-Janeyro, Dehli və Sinqapur şəhərləri idi. Yəni, bu şəhərlərin nə qədər inkişaf etmiş şəhərlər olması haqqında əlavə sözlərə ehtiyac yoxdur. Azərbaycan bu yarışda da qalib gəldi. Nəyin hesabına? Ona görə ki, dünya miqyasında bizim siyasətimizə çox böyük dəstək var, rəğbət var. Bizim sözümüzlə əməlimiz birdir. Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir.
Eyni zamanda, sosial islahatlar uğurla aparılır. Yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi də ondan ibarətdir ki, bizim iqtisadi islahatlarımız, o cümlədən sosial sahə böyük diqqətlə əhatə olunur. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır.
Bu il orta əməkhaqqı 35 faiz artmışdır. Mənə bu yaxınlarda verilən statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə, ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir.
Son illərdə energetika, nəqliyyat sahələrində qarşımızda duran bütün vəzifələr icra edildi. Bu vəzifələri icra etmək üçün çox böyük səylər göstərilmişdir. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına demək olar ki, bir il vaxt qalıbdır. İnşallah, biz bu layihəni də uğurla başa vuracağıq.
Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti də böyük dərəcədə bizim uğurlu siyasətimizdən asılı idi və bu layihələrə artıq start verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən həm böyük siyasi, həm də iqtisadi dividendlər götürəcək.
Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir.
Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır.
Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, yaxud da ki, layihə icra edilə bilməz. Əlbəttə, belə olan halda bizə həm maraq artır, həm də ki, bəzi dairələr tərəfindən təzyiqetmə cəhdləri də arta bilər. Düzdür, son 16 ilin təcrübəsi onu göstərir ki, kənardan edilən hər hansı bir təzyiqə Azərbaycan çox böyük məharətlə və ləyaqətlə davam gətirə bilir. Bizə qarşı ünvanlanmış bütün bu oxlara, silahlara tutarlı cavab verə bilmişik.
Bu cavabın əsas mahiyyəti ondan ibarətdir ki, xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqil həyatımızın əsas təminatçısıdır. Ancaq yenə də deyirəm, gənclər mütləq məhz vətənpərvərlik ruhunda tərbiyə almalı və təcrübə toplamalıdılar. Ona görə son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər.
Bu gün kadr islahatlarının yeni dövrüdür. Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır.
Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz.
Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.
Yenə də Davos İqtisadi Forumunun hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyili və əhali tərəfindən rəhbərliyə olan dəstək sahəsində Azərbaycan dünya miqyasında birinci onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır? Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və bundan sonra da əsas borcum olaraq qalacaq.
Digər tərəfdən, icra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur.
Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik.
O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar.
Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın.
Ona görə vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək sizin əsas vəzifəniz olmalıdır. Yenə də deyirəm, həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb.
Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq. Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir.
Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır. Yəni, kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür. Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər.
Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı bir ciddi problem görmürəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir.
Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz rayon və şəhərlərdə inkişaf daha da sürətli olsun.