azadses.az » Siyasət » Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir” - Ermənistanda həyəcan

Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir” - Ermənistanda həyəcan

Qarabağda Azərbaycanın qələbəsi həm də Ermənistanla sərhədlərin yenidən müəyyənləşdirilməsi zərurətini ortaya çıxardı. Bir çox yaşayış məntəqələri yavaş-yavaş tarixi vətəninə qaytarılır. Azərbaycan addım-addım ərazi bütövlüyünü bərpa etməyə çalışır.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, əsasən Zəngəzur bölgəsində bir sıra yaşayış məntəqələri bizim ölkəyə təhvil verilib. Ermənistanda bununla bağlı həyəcan təbili çalırlar. Müxaliflər hökuməti Zəngəzurun itirilməsi gerçəyi ilə üz-üzə qoyan razılaşmanı imzaladığına görə sərt tənqid edir. Yerli media da bu axından geri qalmır.

Ermənistanın “Joxovurd” qəzeti Zəngəzurla bağlı yazı hazırlayıb. Məqalə əsasən zəbt edilən Azərbaycan mahalının əldən getməsinə həsr olunub.

“Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə zərər görmüş vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı Ermənistana qarşı şikayət göndərib. Tanınmış mütəxəssislərin və azərbaycanlı vəkillərin hazırladığı şikayət yanvarın 15-də təqdim olunub. Ərizədə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması faktları yer alıb. Azərbaycan prezidenti İlham Əliyevin adından təqdim olunan sənəddə Ermənistanın əvvəllər “işğal etdiyi” ərazilərdə çoxlu minaların basdırıldığı, Azərbaycan kəndlərinin və şəhərlərinin yer üzündən silindiyi, Azərbaycan vətəndaşlarının öz evinə qayıtmaq imkanından məhrum edildiyi yazılıb”.

“Joxovurd” hələ 2020-ci il noyabrın 21-də yazırdı ki, Azərbaycan dəyən zərərə görə Ermənistandan 50 milyard dollar kompensasiya tələb edəcək, bu isə yoxsul ölkə üçün astronomik rəqəmdir. “Joxovurd” iddia edir ki, Azərbaycanın İnsan Haqları Komitəsindəki nümayəndəsi kompensasiya məbləğinin əvəzində Zəngəzurun verilməsi variantından danışıb.

Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan iki il əvvəl bu məsələdən söz açmaqla uzaqgörənlik nümayiş etdirmişdi. O, hakimiyyəti ayıq olmağa çağırmışdı. Kostanyan deyirdi ki, Azərbaycan Ermənistanın vurduğu zərərlə bağlı Avropada hüquq müdafiəçiləri ilə danışıqlar aparır. Onda Nikol Paşinyan hökuməti məsələyə ciddi yanaşmamışdı.

“Joxovurd” yazır ki, 9 noyabr razılaşması Azərbaycana maddi təzminat tələbi ilə Ermənistana qarşı iddia qaldırmağa əsas verib. Ermənistan öz növbəsində yanvarın 16-dan əks-hücum üçün sənədlər toplamağa başlayıb. “Joxovurd” istənilən halda Azərbaycanın bir addım öndə olduğunu bildirir. Qəzetin proqnozuna görə, Azərbaycan təzminat tələbini qanuniləşdirəcək və Ermənistan məbləği ödəyə bilməsə, hüquq çərçivəsində Zəngəzuru tələb etmək imkanı qazanacaq.

Hazırda Ermənistanın "ziyalı dairələrində" bu məsələ ciddi müzakirə olunur. Hətta belə təkliflər var ki, Azərbaycanla ərazi mübadiləsinə razılaşaq, əks halda, həm Qarabağ, həm də Zəngəzur Azərbaycanın olacaq.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib