Главная > Mədəniyyət > Azərbaycan şou-biznesinin qohum-əqrəbası – Maraqlı siyahı

Azərbaycan şou-biznesinin qohum-əqrəbası – Maraqlı siyahı


2-01-2020, 00:41. Разместил: azadses
Azərbaycanın incəsənət və şou aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir.
"Azadsəs" sözügedən məşhurların siyahısını təqdim edir:
Xalq artisti Zeynəb Xanlarova Əməkdar artist Mehriban Xanlarovanın bibisidir.Mərhum Xalq artisti Yaşar Nuri müğənni Rüfət Axundovun dayısıdır.
Xalq artistləri Rəfael Dadaşovla Brilliant Dadaşova əmiqızı-əmioğludurlar.
Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir.
Xalq artisti Mələkxanım Əyyubova müğənni Ramal İsrafilovun bibisidir.Müğənni İzzət Bağırovun bacısının həyat yoldaşı tanınmış şair Vüqar Əhməddir.Tanınmış teleaparıcı Könül Arifqızı və bəstəkar-müğənni Murad Arif bacı-qardaşdırlar.Müğənni Cabbar və Musa Musayev qardaşdırlar. Xalq artisti Niyaməddin Musayev isə onların əmisidir. Əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad vayner kimi məşhurlaşıb və hazırda atasının yolunu davam etdirir.  Müğənnilər Elnarə Xəlilova və Mina Hüseyn xalaqızıdır. Onlar hətta illər öncə duet də ifa ediblər.  Teleaparıcı Turan İbrahimovun bibisi oğlu aparıcı Murad Əzimzadədir.  Müğənni Rüfət Axundov ilə aktyor Nicat Rəhimovla xala oğludular. 
Вернуться назад