Главная > Mədəniyyət > Fədayə Laçınla görüşən Tacir Şahmalıoğlu: “Milləti tamarzı qoymağa haqqımız yoxdur” - VİDEO
Fədayə Laçınla görüşən Tacir Şahmalıoğlu: “Milləti tamarzı qoymağa haqqımız yoxdur” - VİDEO10-12-2019, 16:04. Разместил: azadses |
Müğənnilər Manaf Ağayevlə Fədayə Laçının qonaq olduğu ARB TV-də yayımlanan “Söhbət var” proqramında həyəcanlı, eyni zamanda, sürpriz dolu anlar yaşanıb. Azadsəs xəbər verir ki, sözügedən verilişdə Manaf həmkarı Fədayəyə sürpriz edib. Ağayev studiyaya müğənni Tacir Şahmalıoğlunu dəvət edib. Taciri görən Fədayənin üz ifadəsi 180 dərəcə dəyişib. Onun təəccüb içində baxışları kameralara əks olunub.“Əslində, Fədayə ilə mənim aramda heç bir qalmaqal yaşanmayıb. Söz-söhbətlər gəzsə də, aramızda heç bir ciddi problem olmayıb. Mən hər zaman Fədayəni çox istəmişəm. İndi də çox istəyirəm və hər zaman belə olacaq”, - deyə Tacir öz fikirlərini bölüşüb. Tacirlə səmimi şəkildə görüşən Fədayə “Manaf, bunu əvvəldən deyəydin. Mənim böyük qardaşımsan, bu cür istədin, belə də olsun. Aramızda pis söhbətlər olmayıb. Biz hər zaman Tacirlə toylarda duetlər oxumuşuq, efirlərə də çıxanda duet şəklində çıxış etmişik. Dedim ki, Tacirlə birlikdə işləmək fikrim yoxdur, toylarda isə canlı ifa edə bilərik” sözlərini əlavə edib. “Niyə də duet yazdırmayaq? İstəmir, fikrinə də hörmətlə yanaşıram. Amma milləti tamarzı qoymağa nə mənim, nə də Fədayənin haqqı yoxdur”, - deyə Tacir söhbətə nöqtə qoyub. Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu. Вернуться назад |