Главная > Mədəniyyət > Nadir Qafarzadə ağlayaraq yardım istədi

Nadir Qafarzadə ağlayaraq yardım istədi


14-09-2020, 15:20. Разместил: azadses
Müğənni Nadir Qafarzadə onkoloji şiş diaqnozu qoyulmuş əməkdar artist Gülbahar Şükürovaya yardım istəyib.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, Nadir Qafarzadə İnstagramda video paylaşaraq bu sözləri qeyd edib:

"Əməkdar artist Gülbahar Şükürova çox ağır vəziyyətdədir. Səhhəti get-gedə ağırlaşır. Bu xanıma kömək lazımdır. Buradan Mədəniyyət Nazirliyinə müraciət edirəm, o xanımla maraqlansınlar. Maddi kömək lazımdır. Biz sənət adamları çoxdandır ki, pul qazanmırıq, iş yoxdur. Bu xanımın da nəyi var idi xərclədi, qurtardı.

Gülbahar xanım gözəl xanımdır. Ona yardım etmək və müalicə lazımdır. Buradan aidiyyəti qurumlara səslənirəm, bu xanıma kömək olsunlar. Çünki pandemiya dövrü bir çox insanları xəstəliyə saldı, xüsusilə də sənət adamları ruhdan düşdülər. Əsəbləşdilər və çərçivədə olmağı bacarmadılar. Hər zaman səhnədə olan yaradıcı insanlar bu vəziyyəti çətin keçirir. Bunlar hamısı üst-üstə gəldi və Gülbahar xanım yataq xəstəsinə çevrildi. Müalicəsini kimsə üzərinə götürməlidir.

Hər zaman onun yanındayam, amma məndən asılı olmayan şeylər var. Sözümü dedim və eşidən eşidir. Bu vaxta qədər özüm üçün heç nə istəməmişəm. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm, qoymayın daha bir sənət adamı bizi tərk eləsin. Yaşamaq istəyir. Deyəcəklər, Nadir kövrəldi, amma çox çətindir".

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.(sonxeber.az)


Вернуться назад