Главная > Mədəniyyət > Nadir Qafarzadə: “Mən metrodan istifadə etmirəm, heç açılmasın”

Nadir Qafarzadə: “Mən metrodan istifadə etmirəm, heç açılmasın”


8-09-2020, 16:28. Разместил: azadses
“Bu avtobusda bir toyxanalıq adam var. Yəni virus bu adamlardan qorxur deyə avtobusa daxil olmur, ya necə?”
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Nadir Qafarzadə avtobuslardakı sıxlıq barədə yazıb. 
Avtobusdan görüntülər paylaşan ifaçı sərnişinlərin sıxlığından gileylənib. 
Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni metronun açılıb-açılmamasının onun üçün əhəmiyyət kəsb etmədiyini deyib:
“Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Heç açılmasın. Mən ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmirəm”.


Вернуться назад