Главная > Mədəniyyət > Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb

Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb


23-01-2024, 17:14. Разместил: azadses
Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: "Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".


Вернуться назад