Главная > Mədəniyyət / Manset > Ramiz Novruz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Ramiz Novruz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO


21-02-2023, 17:45. Разместил: admin
Ramiz Novruz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Xalq artisti Ramiz Novruz dəfn edilib.

Oxu.Az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.



15:01

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Vida mərasiminin sonunda mərhumun cənazəsi alqışlarla yola salınıb.

12:41

Xalq artisti Ramiz Novruz Yasamalda, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

12:05

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Baku TV mərhumun yaşadığı ünvandan canlı yayıma çıxıb.

Görüntüləri təqdim edirik:






Вернуться назад