Главная > Mədəniyyət > Nazir müavinindən orta ixtisas məktəblərində çalışanlarla bağlı - Açıqlama

Nazir müavinindən orta ixtisas məktəblərində çalışanlarla bağlı - Açıqlama


17-12-2021, 19:16. Разместил: admin
“Orta ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin sayı təxminən yeddi min nəfərdir”.

“Azadsəs.az” xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

Nazir müavini bildirib ki, onların da maaşları 20 faiz artacaq:

“Məktəbdənkənar təhsil müəssisələrində çalışan şəxslərin sayı təxminən doqquz min nəfərdir. Onların da maaşları 20 faiz artacaq. Qeyd etdiyim kateqoriyaya aid olan şəxslərin vəzifə maaşları vahid tarif cədvəlindəki dəyişikliklər əsasında artacaq”.
Вернуться назад