Главная > Mədəniyyət > Əməkdar artist koronavirusdan vəfat etdi

Əməkdar artist koronavirusdan vəfat etdi


16-11-2021, 17:09. Разместил: admin

“Yarımştat” televiziya tamaşasından tanınan Əməkdar artist Məcnun Hacıbəyov bu gün səhər saatlarında 86 yaşında dünyasını dəyişib.

“Azadsəs.com” xəbər verir ki, bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

Onun sözlərinə görə, aktyor koronavirusdan vəfat edib.

Qeyd edək ki, M. Hacıbəyov 1935-ci il oktyabrın 5-də Qubanın İkinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin!


Вернуться назад