Главная > Mədəniyyət / Manset > Metyu Makkonahi Texas qubernatorluğuna namizədlik barəsində düşünür

Metyu Makkonahi Texas qubernatorluğuna namizədlik barəsində düşünür


12-03-2021, 11:00. Разместил: azadses
Amerikalı aktyor Metyu Makkonahi Texas qubernatoru vəzifəsinə namizəd olmağı düşünür.
Lenta.ru-nun  məlumatına görə, Hollivud ulduzu bu barədə “The Balanced Voice” podkastı zamanı elan edib.
Şou zamanı 51 yaşlı artist özü haqqında bir ata və Texas Universitetində professoru kimi danışıb. Sonra kinodan əlavə nə etmək istədiyi barədə danışıb.
“Həqiqətən düşünürəm ki, başqalarına öyrədəcək və paylaşacağım nələrimsə var”, - deyə o bildirib.
Podkast aparıcısı Raniya Mankarius aktyordan həyatdakı növbəti addımı kimi Texas qubernatoru vəzifəsinə namizədliyi barədə soruşub.
“Bunu ciddi şəkildə düşünməyə dəyər”, - deyə “Oskar” laureatı cavab verib.




Вернуться назад