Главная > Mədəniyyət > Mətanət İsgəndərlinin oğlu həbs edilə bilər - ONU BU CƏZA GÖZLƏYİR...

Mətanət İsgəndərlinin oğlu həbs edilə bilər - ONU BU CƏZA GÖZLƏYİR...


11-02-2021, 13:24. Разместил: azadses
Bir müddət öncə sosial şəbəkədə əməkdar artist Mətanət İsgəndərlinin gəlini  Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən açıqlamada qeyd olunub ki, vətəndaş Aynur Həmidova polisə dəvət olunaraq izahatı alınıb. Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Məsələ həqiqəti əks etdirərsə, hüquqi cəhətdən hansı tədbirlər görüləcək?

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, bu məişət zorakılığı hesab olunar.

“Döymə nəticəsində sağlamlığa az ağır və yaxud ağır zərər dəyibsə cinayət məsuliyyətinə cəlb oluna bilər. Əks halda bu inzibati məsuliyyətdir. Məhkəmə qısa və ya uzun müddətli mühafizə orderi verə bilər, və yaxud cərimə oluna bilər”.

Qeyd edək ki, bir-birindən ayrı yaşayan cütlüyün hazırda rəsmi boşanmaları üçün məhkəmə işi davam edir.


Вернуться назад