Главная > Mədəniyyət > "Anlaşa bilmədinsə, 2, 3 uşaq, 15 il nədir?!" - Afət

"Anlaşa bilmədinsə, 2, 3 uşaq, 15 il nədir?!" - Afət


1-02-2021, 15:26. Разместил: azadses
“Evliliyimin 2-ci ilinə girəndə ayrıldım. Gördüm ki, onunla uzun yola çıxa bilməyəcəm. Ailədə elmli insanla elmsiz insanın bir yerdə olması alınmır”.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni  Afət Fərmanqızı ARB telekanalında yayımlanan "Hüseynova bacıları" verlişində deyib.

Boşanma səbəbindən danışan ifaçı boşanmış qadınların ikinci dəfə ailə qurması barədə fikirlərini bölüşüb:

"Azərbaycanda mental dəyərlər başqadır. Elə boşanmış xanımlar var ki, onun namus və qeyrətinə heç kim, heç nə deyə bilməz. Mən də pis baxmıram. Oğlum kimi istəyib alsa, qarışmaram. Birinci soruşaram xanım nəyə görə boşanıb. Səbəbi bilib nəticəyə gəlmək olar. Səbəb məlum olmayanda və yaxud da xoşagəlməz olanda, təbii ki, mən də istəmərəm. Bəzən 15 il birlikdə yaşayırlar axırda da deyirlər ki, anlaşa bilmədik. Anlaşa bilmədinsə, 2, 3 uşaq, 15 il nədir?! O yalan sözdür. Amma mən evliliyimin 2-ci ilinə girəndə ayrıldım. O da gözəl insandır, insanlığına bir şey demirəm".

Həmin görüntüləri təqdim edirik:

Вернуться назад