Главная > Mədəniyyət > Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA

Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA


12-01-2021, 13:49. Разместил: azadses
"Allaha şükür Rəmiş özünü normal hiss edir. Düzdür, bir az narahatlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var".

''Azad Səs'' BiG.AZ-a istinadən xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib.

O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir:

"Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Vəziyyəti elə də ağır deyil. Yaşlı insandır, xəstələnə bilər. Bu, normaldır".

Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda iddialar yayılıb.



Вернуться назад