Litvada “Böyük Çin fənərləri” adlı festival keçirilib
- 17-12-2019, 07:53
- Mədəniyyət
Litvanın tarixi Pakruoyis şəhərində gecə saatlarında səmanı işıqlandıran “Böyük Çin fənərləri” adlı festival təşkil olunub. Baltikyanı ölkələr arasında ilk dəfə keçirilən festival yanvarın 5-dək davam edəcək.
Festival iştirakçılarına Çin ipəyindən düzəldilmiş, hər biri ipək fənərlərdən ibarət olan 20-dən çox işıq instalyasiyası təqdim olunub. İşıq instalyasiyaları uca məbədlər, Afrikanın vəhşi təbiət mənzərələri və rəngarəng əjdahalar şəklində olub.
AZƏRTAC