azadses.az » Mədəniyyət » Brilliant Dadaşova: “Ət yoxdursa pomidor, badimcan mövsümüdür və saat beşdən sonra isə heç nə yeməsinlər”

Brilliant Dadaşova: “Ət yoxdursa pomidor, badimcan mövsümüdür və saat beşdən sonra isə heç nə yeməsinlər”

''Azad Səs'' Hökm.az-a istinadən xəbər verir ki, bu gün doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşova sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Brilliant xanım, doğum gününüzdür. Özəl gününüzü necə qeyd edəcəkiniz?
– Mənə gecədən çoxlu zəng və mesajlar gəlməyə başlayıb. Hələ mesajlara cavab verə bilməmişəm. Dostlar çox sağ olsunlar. Sevgiylə, məhəbbətlə əhatə olunmaq gözəl hissdir. Dostlarım, rəfiqələrim öz evlərində süfrə açıblar və hamısı məni gözləyirlər. Amma doğum günümü evimdə, həyətimizdə öz ailəmizlə qeyd edəcəyik. Bacılarıma demişəm ki, kim gəlir, öz yeməyini gətirsin (gülür).
Bacım pomidor, badimcan, bibər dolması, biri də plov hazırlayıb. Deyirəm ki, plov kilo artırır. Yemək gətirəcəklər, evdə oturub yeyəcəyik. Bu da oldu mənim doğum günüm…
– Doğum gününüzdə özünüz üçün xüsusi yemək hazırlamırsınız?..
– Ümumiyyətlə, mən heç nə hazırlamıram. Yemək üçün yaşayan insan deyiləm. Mənim yemək məsələsini fikirləşməyə vaxtım olmur. İntellekt səviyyəsi az olanlara musiqi asan gəlir. Amma musiqi asan deyil, orada çox nüansalr var, məşqlərdən tutmuş yeni fikirlərə qədər. Yeni nə isə icad etmək, dünəni təkrar etməmək lazımdır. Bunlar hamısı çox böyük dərəcədə enerji və vaxt tələb edir.
Ona görə də mənim yemək bişirməyə vaxtım qalmır. Hamıya məsləhət görürəm ki, səhər yeməyindən sonra günorta evdə çəkilmiş ət varsa, qovursunlar. Ət yoxdursa pomidor, badimcan mövsümüdür və saat dörddən-beşdən sonra isə heç nə yeməsinlər. Bu mənim hər zamankı məsləhətimdir.
Bacılarıma da demişəm ki, saat ikidə-üçdə gəlin, çünki axşam idman edəcəm. Süfrə arxasında birlikdə böyük ailə olaraq yığışacağıq, saat dörddə-beşdə də dağılışacağıq. Hər zaman idman edirəm. Hamıya da idman etməyi məsləhət görürəm.
– Özəl gününüzdə hansı hissləri keçirirsiniz? Yaş artdıqca doğum gününü sevməyən insanlar var…
– Evin son beşiyi olmuşam və heç vaxt ad günümü qeyd etməyiblər. Necə deyərlər, mən artıq buna alışmışam. Bacılarım üçün çox gözəl hədiyyələr alınırdı, ad günü keçirilirdi. Onların ad gününə Sara Qədimova, Mirzə Babayev, Şövkət Ələkbərova, Məlik Dadaşov gəlirdi. Mənim ad günüm qıraqda qalırdı və “səbət”lə başımı aldadırdılar.
Ona görə də doğum günümü keçirməyə öyrəşməmişəm. Mən balaca olanda atam rəfiqələrimin evinə getməyə icazə vermirdi. Ona deyirdim ki, niyə icazə vermirsən? Cavab verirdi ki, sonra öyrəşərsən və evdə oturmaq istəməzəsn. İnsan necə öyrəşirsə elə də davam edir. Mən də doğum günümü qeyd etməməyə öyrəşmişəm və qeyd etmirəm də.
Amma ötən il dostlarım restoranda yığışdılar, mən də ora getdim. Çünki getməmək ayıb olardı. Mənim ad günüm bir gün deyil, həftə ilə davam edir. Evə qonaqlar gələcək, mənim üçün aş süzəcəklər.
– İlk təbriki kimdən almısınız?
– Gecə oğlum məni qucaqladı və təbrik etdi. Həyat yoldaşım isə telefon hədiyyə etdi, çünki telefonum çox köhnə idi. Abbas Bağırov zəng vurdu. İlk təbriki qarmon ifaçısı Orxan Mirzəyevdən gəldi. Səhərdən telefonuma çoxlu zəng və mesajlar gəlir. Mesajları isə vaxt tapdıqca cavablandıracam.
– Ən böyük?..
– Hazırda ən böyük arzum oğlumu evləndirməkdir. Onu dörd yaşı tamam olandan onu evləndirmək istəyirəm. İndiyə qədər hələ bu arzumu yerinə yetirmir. Onun dörd yaşı olandan qızlara baxıram. Hələ də bu davam edir…
Amma onun özünün və qızın da qarşılıqla istəyi olsun, əks yarısını tapsın. Mənim arzum oğlumun evlənməsidir. Bütün balalar xoşbəxt olsunlar.Teleqraf
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib