azadses.az » Mədəniyyət » Qənirə Paşayeva Baş nazirə MÜRACİƏT ETDİ

Qənirə Paşayeva Baş nazirə MÜRACİƏT ETDİ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva böyük sənətkar Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.
Baxar.az xəbər verir ki, Qənirə Paşayeva bununla bağlı deyib:
“Azərbaycanın dünya şöhrətli opera müğənnisi, mərhum Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı bir qrup ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət edib kömək istəmişdi. Müraciətdə Suraxanı rayonunda yerləşən musiqi məktəblərindən birinə, Bakı şəhərində (yaxud Abşeron rayonunda) küçələrin birinə Xalq artistinin adının verilməsi və onun heykəlinin (yaxud büstünün) qoyulması ilə bağlı konkret təşəbbüs və təkliflər ifadə olunub. Bununla əlaqədar olaraq, Mədəniyyət Komitəsi adından Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Mədəniyyət nazirinin I müavini, Mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət etdik. Əlbəttə, Xalq artisti Lütfiyar İmanovun musiqi mədəniyyətimizin inkişafı, dünyada tanıdılması işində böyük xidmətlərini nəzərə alaraq, onun adının əbədiləşdirilməsi həm klassik irsə sayğı, həm də, gənclərin sənətə həvəslənməsi, peşəkarlıq yollarında yorulmadan addımlaması baxımından xüsusi önəm daşıyır. Böyük ustadın oğlu Rafiq İmanovla da Mədəniyyət komitəsində görüşdük, geniş fikir mübadiləsi oldu. İnanıram ki, Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı yaxın zamanlarda aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılacaq və böyük ustadın ruhu şad olacaq”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib