azadses.az » Mədəniyyət » Lapşin yenə də Qarabağa qanunsuz getdi

Lapşin yenə də Qarabağa qanunsuz getdi

Bir neçə gündür ki, sosial şəbəkələrdə bloqer Aleksandr Lapşinin Qarabağa qanunsuz səfəri müzakirə olunur.

“Azadsəs.az” xəbər verir ki, bloqer yutub kanalında bu barədə video paylaşıb.

Videoda Laçın dəhlizi ilə hərəkətdə olarkən Aleksandr Lapşin üzünü bağlayır, qara eynək taxır. Bloqer qeyd edir ki, Laçın dəhlizi boyunca ərazilər Azərbaycan hərbçilərinin nəzarəti altındadır və Qarabağa gedən hər bir nəqliyyat vasitəsi kameralar vasitəsilə qeydə alınır: “Azərbaycanlılar dəhliz boyunca bir neçə kamera quraşdırıblar. Onlar dəhlizdən gedən avtomobillərin nömrələrin fotolarını və şəxslərin üzlərini çəkir, insanları sayırlar. Bununla da, nəqliyyat vasitələri, insanların sayı ilə bağlı statistik məlumatlar toplayırlar”.

O, həmçinin dəhlizlə hərəkətdə olarkən telefonları söndürməyi məsləhət görüb.




Xənkəndidə olan bloqer Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhərini uzaqdan da olsa izləyicilərinə göstərir.

Qeyd edək ki, Rusiya və İsrail vətəndaşlığına sahib olan bloqer Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınmışdı.

2016-cı ildə o, Ukrayna pasportu ilə Qarabağa səfər etmişdi. Bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin rəsmi Bakının müraciəti əsasında Belarusda saxlanılmışdı. 2017-ci ilin fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilmişdi.

Həmin il bloqer "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Pasportlar haqqında" qanunların müddəalarını pozmaqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

11 sentyabr 2017-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalamışdı.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib