Главная > Manset > Prezident Davosda - görüşlər başladı

Prezident Davosda - görüşlər başladı


21-01-2020, 10:08. Разместил: azadses
Dövlət başçısı "VTB Bank”ın prezidenti, "Carlyle Group”un həmtəsisçisi ilə bir araya gəlib
Ötən gün prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Dövlət başçsı səfərin ilk günündən görüşlərə başlayıb. O, ilk olaraq Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.
Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.
Daha sonra Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüş baş tutub. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib.
Prezidentin “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə də görüşü keçirilib. Prezident İlham Əliyev “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Kelli Kramer qeyd etdi ki, Azərbaycan “CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.




Вернуться назад