Главная > Manset > Ali baş komandan Şəhidlər Xiyabanında

Ali baş komandan Şəhidlər Xiyabanında


20-01-2020, 11:36. Разместил: azadses
20 Yanvar şəhidlərinin xatirəsini anılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.




Вернуться назад