Главная > Manset > Azərbaycanda daha 900-ə yaxın fərdi yaşayiş evi təbii qazla təmin olunub
Azərbaycanda daha 900-ə yaxın fərdi yaşayiş evi təbii qazla təmin olunub28-11-2020, 13:20. Разместил: azadses |
“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və ölkənin regionlarında 2020-ci il üzrə qazlaşma işlərinə dair dövlət proqramının icrasını yekunlaşdırmaq üzrədir. Bu barədə “Azəriqaz”dan bildirilib. Məlumata görə, ardıcıl olaraq fərdi yaşayış evlərinə qaz açılışları təmin olunur. Növbəti dəfə təbii qazla təchiz edilən yaşayış məntəqələri sırasına Gədəbəy rayonunun Gərgər və Qasımlı kəndləri, Daşkəsən rayonunun Kəmərqaya kəndi də əlavə olunub. Belə ki, Gədəbəy rayonunun Gərgər kəndində 380, Qasımlı kəndində 80, Daşkəsən rayonunun Kəmərqaya kəndində isə 134 fərdi yaşayış evinə təbii qaz verilib. Bu kəndlərdə ümumi uzunluği 56 km-dən çox olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bakı şəhərinin ətraf ərazilərində də bir sıra yaşayış massivlərində təbii qaz açılışları mütəmadi olaraq baş tutur. Bu günlərdə Sabunçu rayonunun Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazisində daş karxanasının yaxınlığındakı yeni massivdə 211, Pirşağı qəsəbəsi, “Qızıl qum” adlandırılan ərazidəki yeni yaşayış massivində isə 90 fərdi yaşayış evinin qazlaşdırılması başa çatdırılıb.Report Вернуться назад |