Главная > Manset > Azərbaycan prezidenti gördüyü işlərlə ölkənin sabahına işıq salır - türkiyəli sənətçi

Azərbaycan prezidenti gördüyü işlərlə ölkənin sabahına işıq salır - türkiyəli sənətçi


15-01-2020, 23:28. Разместил: azadses
Bu sözləri Türkiyəli sənətçi, Anka Azərbaycan Mədəniyyət, Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir Azərbaycanda 9 fevral tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşərkən deyib. Sənətçi bildirib ki, Azərbaycan son illərdə inanılmaz bir inkişaf yolu keçərək bu günlərə kimi gəlib çıxıb və hal hazırda regionda baş verən proseslərdə ən güclü və aktiv aktorlardan birdir. Bu durumun da heç şübhəsiz Azərbaycan Respublikası Prezidenti və onun uğurlu siyasət yürüdən komandası ilə sıx surətdə bağlı olduğunu deyən D.Akdemir qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Türk dünyasına miras qoyduğu irs heç şübhəsiz hal hazırda Azərbaycanda uğurla davam etdirilir: "Ölkə başçısının apardığı islahatlar, insan kapitalına verilən önəm, qeyri neft sektoruna dinamik qoyulan sərmayələr Azərbaycanın sabahına ümidlə baxmağa bizləri stimullaşdırır. Çünki artıq harda böyük bir beynəlxalq tədbir keçirilirsə, Azərbaycan həmin tədbirin iştirakçısı, hətta çox vaxt da təşkilatçısı olur. Azərbaycanın regional və qlobal layihələrdə əminliklə iştirakı onu göstərir ki, ölkə başçısı özündən əmindir, xalqının sevgisinə də arxayındır. Məhz onun bu özündənəminliyindən narahat olan qüvvələr də yox deyil. Amma Azərbaycan dostu sevindirəcək, düşmənə göz dağı verəcək addımlar atmağa artıq alışıb. Bir çox regional və qlobal layihələr imkansız hesab olunsa da, Prezidentimizin və onun sadiq komandasının qətiyyəti sayəsində bu imkansızlar da uğurla tamamlanıb və hər kəs ölkə başçısının necə düşünülmüş və strateji addımlar atmaq gücünə malik olduğunu əyani surətdə görüb". Anka Azərbaycan Mədəniyyət, Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir bu proseslərdə Azərbaycan respublikasının I vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolunu xüsusi ilə qeyd edib. O bildirib ki, heç şübhəsiz ki, ölkədə gedən islahatlarda ölkə prezidenti ilə yanaşı addımlayan, hər zaman proseslərdə ona dəstək verən, Azərbaycan sosial humanitar həyatında aktiv şəkildə rol oynayan, mədəniyyətimizin hamısı Mehriban xanımın fəaliyyəti xüsusi ilə diqqəti cəlb edir: "Hər dəfə Azərbaycana gələndə tanıdığım insanlardan, mədəniyyət və incəsənət xadimlərindən eşidirəm ki, Mehriban xanım mədəniyyətimizə, incəsənətimizə diqqət və qayğı göstərir, mədəniyyət adamlarının problemlərini diqqətdə saxlayır, bir birindən maraqlı, önəmli layihələr həyata keçirir. Hətta artıq bu layihələr ölkə miqyasından kənarda da baş tutur. Yaşadığım Türkiyə Respublikasında da dəfələrlə ölkəmizin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri sayın Xəzər Ibrahimin də dəstəkləri ilə baş tutan Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərdə iştirak edəndə eyni duyğuları yaşamışam: nə yaxşı ki, Azərbaycan müstəqildir və nə yaxşı ki, onun ümummilli lider Heydər Əliyev siyasi kursuna sadiq rəhbəri və sadiq siyasi komandası var". D.Akdemir 9 fevralda baş tutacaq növbədənkənar parlament seçkiləri barəsində də danışaraq ümid etdiyini bildirib ki, bu seçkilərdə də Azərbaycan vətəndaşlarının bu gününün və sabahının partiyası olan Yeni Azərbaycan Partiyası və onun layiqli namizədləri uğur qazanacaqlar və ölkə əmin əllərdə sabaha inamla gedəcək.
Вернуться назад