Главная > Manset > Neftin qiyməti 49 dollara yaxınlaşır

Neftin qiyməti 49 dollara yaxınlaşır


25-11-2020, 09:04. Разместил: azadses
Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,94% bahalaşaraq bir barrelə görə 48,31 dollar olub. Sonuncu dəfə "Brent" neftinin qiyməti 48 dollarda yuxarı martın 6-dan qeydə alınıb.
 WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 0,78% artaraq bir barrelə görə 45,26 dollara yüksəlib.
 
Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.


Вернуться назад