Главная > Manset > Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı


13-01-2020, 13:22. Разместил: azadses
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.
Azadsəs oxu.az-a istinadən xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. 
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. 
Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq.
Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.
Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 


Вернуться назад