Главная > Manset > On yaşlı Nərmin torpağa tapşırıldı

On yaşlı Nərmin torpağa tapşırıldı


8-01-2020, 14:20. Разместил: azadses
Meyiti evlərindən, təxminən, bir kilometr aralıda tapılmışdı
Bir neçə gün əvvəl meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.
Azadsəs-in məlumatına görə, N. Quliyeva bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, 2019-cu il noyabrın 21-də Nərminin atası Şərif Quliyev özünə məxsus gödəkçəni gətirmək üçün qızını qardaşının evinə göndərib. N. Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
2020-ci il yanvarın 6-da isə kənd sakini İlkin Süleymanov evlərindən, təxminən, bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.
Вернуться назад