Главная > Manset > Şəhidimiz dəfn edildi

Şəhidimiz dəfn edildi


8-01-2020, 12:01. Разместил: azadses
Azərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib. Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında torpağa tapşırılıb. 
Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Saat 10:28
Yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mövsüm oğlunun nəşi ailəsinə təhvil verilib. Azadsəs-in məlumatına görə, meyit gecə saatlarında ailənin yaşağıdı kəndə gətirilib. Mərhum bu gün doğulduğu Ucarın Alpı kəndində dəfn olunacaq.
F.Fərzəliyev 2018-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi qulluğa çağırılıb. O, 3 uşaqlı ailənin iki oğlundan biri olub.
Вернуться назад