Главная > Manset > Hərbçimiz şəhid olub

Hərbçimiz şəhid olub


7-01-2020, 17:54. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.
Azadsəs-in məlumatına görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonu, Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəli Əli­mür­səl oğlu Fərzəliyev şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
Вернуться назад