Главная > Manset > Sərnişinin ürəyi getdi, Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi

Sərnişinin ürəyi getdi, Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi


3-01-2020, 12:10. Разместил: azadses
Bakı-Moskva sərnişin təyyarəsi təcili eniş edib.
“Aeroflot” aviaşirkətinə məxsus 1853 saylı Bakıdan Moskvaya uçan təyyarə təcili eniş edib.
REN TV-nin xəbərinə görə, sərnişinlərdən birinin özünü pis hiss etməsi və ürəyinin getməsi səbəbindən təyyarə təcili Volqoqrada endirilib.
Bu barədə aeroportun mətbuat katibi Anastasiya Qolodova məlumat verib:
“Təyyarə sərnişinlərdən birinin səhhətinin pis olması səbəbindən Volqoqrad hava limanına təcili eniş edib. Sərnişin təyyarədən çıxarılaraq xəstəxanaya çatdırılıb”, - deyə o bildirib.
Onun dediyinə görə, 85 sərnişinin olduğu təyyarə bir saat gecikmə ilə Moskvaya çatıb.


Вернуться назад