Главная > Manset > Vergilər nazirinin müavini Sahib Ələkbərov və Çingiz Mustafayev bir arada – 34 il əvvəlki FOTO

Vergilər nazirinin müavini Sahib Ələkbərov və Çingiz Mustafayev bir arada – 34 il əvvəlki FOTO


2-01-2020, 11:19. Разместил: azadses
İnternetdə Milli Qəhrəman Çingiz Musatafevlə bağlı maraqlı foto paylaşılıb.
Azpost.info bildirir ki, “Çingiz Mustafayev” səhifəsindən paylaşılan bu fotoda sovet Azərbaycanında tələbə klubunun açılışı əks olunub.
“Ocaq” adlanan tələbə klubunun açılışı 1986-cı ildə olub. Fotoda Milli Qəhrəman Çingiz Mustafayev, o zaman Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının sədri olmuş Sahib Ələkbərov, “Ozan” musiqi qrupunun rəhbəri Rasim Müzəffərli və digərləri əks olunub.
SSRİ-də Yenidənqurma prosesi başlandıqdan sonra gənclərin asudə vaxtının təşkili üçün komsomol komitələri məsuliyyət daşıyırdı. Bakıda açılan diskotekalar, tələbə klubları öz ətrafına xeyli gənc cəlb etmişdi. Çingiz Mustafayev də bu dalğanın gətirdiyi gənclərdən idi. O, TV-də proqram aparır, müxtəlif gənclər klubunda dicey kimi çalışırdı. “Ozan”qrupu da tanınmış  musiqi qrupu idi. Qrupun mahnıları bu gün də yaddaşlardadır.
Çingiz Mustafayev 1992-ci ildə Qarabağda gedən döyüşlər zamanı həlak olub. “Ozan” estrada qrupu artıq fəaliyyət göstərmir.
Sahib Ələkbərov hazırda Vergilər nazirinin müavinidir. Oğlu Anar Ələkbərov Prezident İlham Əliyevin köməkçisidir.


Вернуться назад