Главная > Manset > Jurnalisti vəhşicəsinə döyərək, onu xəstəxanalıq etdilər - Fakt

Jurnalisti vəhşicəsinə döyərək, onu xəstəxanalıq etdilər - Fakt


30-12-2019, 14:50. Разместил: azadses
Arazmedia.az saytının  Əməkdaşı Sevinc Fərhadovanı "Ramana Şuşa Şəhərciyində" yerləşən kafedə, ər-arvad birləşərək döyüb, onun ayağını sındırıblar.
Belə ki, kafenin müdiri Sevinci deyibmiş ki, "gəl burada administrator işlə". Dövlətdən maliyyələşməyən xəbər portalının, ictimai əsaslarla əmədaşı olan Sevinc, bu təklifi dəyərlədirərək, 2 gün işləyib həmin kafedə. Lakin şərtlər onu qane etmədiyindən, daha sonra işləməyib. Dekabrın 23-də həmin kafenin müdiri Qabil adlı şəxs, Sevinc Fərhadovanı çağırıb ki, yenidən orada işləsin.
Sevinc ora gedib, onlarla oturub, bir məslicsdə iştirak edib, razılaşıb ki, yenidən işləyə bilər. Yeyib içdikdən sonra, kafede işləyən qab yuyan qadınla, Sevincin arasında mübahisə yaranıb. Mübahisə zamanı orada işləyən həmin Aynur, Sevinci təhqir edərək, ünvanına nalayiq sözlər işlədib. Bu zaman Sevinc Fərhadova, həmin qadının cavabıni verib, daha sonra isə, qadın və orada işləyən həyat yoldaşı Sevinci vəhşicəsinə döyərək, onun bədəninin müxtəlif nahiyələrinə ağır bədən xəsarətləri yetiriblər. Kafenin müdiri əməkdaşımızı döydükləri vaxt, kafeni tərk edərək gedib. Sevinci o qədər döyüblər ki, o xəstəxanalıq olub.
Sevinc Fərhadova halsız, birtəhər, DİN-nin "102" məlumat xidmətinə zəng vuraraq, iki nəfər tərəfindən, vəhşicəsinə döyülməsi barədə məlumat verib. Sabunçu Rayon Polis İdarəsinin, 12-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Sevinc həmin gecə bölmədə izahatını yazıb və rəisin tapşırığı ilə, məhkəmə tibbi-ekspertizasına aparılıb. Güclü ağrıları müşahidə edən, müayinə eksperti Sevinci, Sabunçu Rayon Mərkəzi Xəstəxanasının Rentgen şöbəsinə göndərib. Onun ayağı rentgen olunub, daha sonra travmatoloq ona ayağlnln sınığı diaqnozunu qoyub. Sevinc Fərhadovanın ayağı dərhal gipsə qoyulub.
Daha sonra Nurəli adlı təhqiqatçıi, Sevinci döyən qadına zəng vuraraq bildirib ki, siz Sevinc xanımı ər-arvad birləşərək döymüsünüz. Həmin  qadın isə, məsuliyyətdən boyun qaçırmaq məqsədiylə, birgə törətdikləri əməllərini yalandan inkar edib. Söyləyib ki, "xeyr biz Sevinci döyməmişik, özü yıxılıb". Əksinə, Sevinci döyən ər -arvad onun üstünə şər-böhtan atıblar.
Daha sonra təhqiqatçı kafenin müdrinə zəng vurub, hadizə barədə qeydlərini götürməyə çalışıb. Kafe müdiri təhqiqatçıya deyib ki, "mən Sevinc döyüləndə görməmişəm", Halbuki Sevinc döyüləndə, kafenin müdiri Sevinci orada tək buraxıb, oradan uzaqlaşıb. Sevinci ora məhz onun dəvət etdiyini nəzərə alsaq, düşünmək olar ki, bu hadisə əvvəlcədən bir qrup şəxs tərəfindən planlaşdırılıbmış.
Cinayət Məcəlləsinin 296- cı maddəsində, yalandan xəbərçilik etmək, yalan məlumat vermək, şər atmağın özü bir cinayət kimi təsbit olunmuşdur.
Zərərçəkən, ağır xəsarət alan, ayağı sındırılıb gipsdə qalmağa məhkum edilmiş Sevinc isə, polisdən həmin şəxsləri dərhal həbs etməyi tələb edir.
Məsələnin tez bir zamanda araşdırılacağına, əməkdaşımızı döyüb xəsarət yetirən, onu yataq xəstəsinə çevirən ər-arvadın tezliklə layiqli cəzalarını alacaqlarına inanırıq.
Xatırladırıq ki, Sevinc Fərhadova tanınmış, mərhum jurnalist Zabil Müqabiloğlunun doğma bacısıdır.
Məsələ layiqli həllini tapanadək, onu gündəmdə saxlayacağıq.


Вернуться назад