Главная > Manset > Düşmən Gəncəyə raket atıb, sakinlər arasında ölənlər və yaralananlar var - FOTO VİDEO

Düşmən Gəncəyə raket atıb, sakinlər arasında ölənlər və yaralananlar var - FOTO VİDEO


11-10-2020, 09:59. Разместил: azadses
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.
“Report”un Qərb Mərkəzinin verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.
Nəticədə bir neçə sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, infrastruktura külli miqdarda ziyan dəyib. Ölənlərin olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.


Вернуться назад