Главная > Manset > Almaniya azərbaycanlıların da olduğu 248 min adamı deportasiya edəcək

Almaniya azərbaycanlıların da olduğu 248 min adamı deportasiya edəcək


26-12-2019, 12:31. Разместил: azadses
Onminlərlə insan 577 deportasiya mərkəzində saxlanılır
Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib. Azadsəs-in məlumatına görə, Almaniya Federal Daxili İşlər Nazirliyindən “report”a verilən məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir.
Nazirliyin məlumatında bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.
Buraya yerləşdirilən və deportasiya ediləcək olan sığınacaq axtaranların 50 %-i əsasən, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqansıtan, Nigeriya, Mali kimi Cənubi Qafqaz və Afrika ölkələrindən gələnlərdir.
Məlumatda vurulanır ki, həbsxana tipli deportasiya mərkəzlərinin yeddisi Bavariya əyalətində yerləşir.
Federal Nazirliyikdən bildirilib ki, bu il deportasiya edilən şəxslərin sayının keçən illə müqayisədə az olmasının səbəbləri sırasında planlaşdırılan uçuşların ləğv edilməsi, eyni zaman deportasiya ediləcək şəxslərin qaldıqları mərkəzləri icazəsiz olaraq tərk etmələri və oraya qayıtmamaları gəlir.
Mövzu ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, bu il iyun ayının sonuna kimi aralarında 145 min sığınacaq istəyinin rədd edilən şəxs olmaqla, ümumilikdə 246 700 nəfər ölkədən çıxarılmalı idi. Onlardan 119 mini haqqında qərar dəyişilib və qısa müddət üçün deportasiya prosesi dayandırılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının son hesabtın görə, hazırda aktiv olan “Start Hilfe Plyus” kimi könüllü qayıdış proqramlarından yararlanaraq ölkələrinə qayıdanların 60%-i Ermənistan, Azərbaycan və İraq vətəndaşlarıdır.


Вернуться назад